\"Rusiya Ukraynada qalmaq fikrində deyil\" - Zelenski

15:54 / 24.03.2022
1183

"Əminəm ki, siz artıq başa düşürsünüz ki, Rusiya Ukraynada qalmaq fikrində deyil".

HİT.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun bugünkü fövqəladə toplantısında deyib. O, sözlərinə belə davam edib:

"Düşünmür və etməyəcək də. Daha da irəli getmək istəyir. NATO-nun şərq üzvlərinə qarşı. Baltikyanı ölkələr, Polşa - bu dəqiqdir" - o bildirib.

0