Həftərin 80 milyonluq əsgərləri Türkiyənin qarşısından qaçdı - MƏXFİ HESABAT

DÜNYA
15:57 / 26.05.2020
1295

Türkiyənin Liviyaya göndərdiyi silah-sursat Həftərin ordusunu bərk qorxuya salıb. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 80 milyon dollar ödənilən muzdlu əsgərlər Həftərlə anlaşmayaraq Maltaya geri qayıdıb.

Bu barədə “New York Times" yazıb. Nəşrin yazdığına görə, muzdlu əsgərlər 4 ölkədən ötən ilin yazında gətirilib. Onlara ümumi olaraq 80 milyon dollar ödənilib. Ancaq əsgərlər Türkiyənin Liviyadakı proseslərə müdaxiləsinə dair xəbərlərdən sonra göndərilən silah-sursatı görərək Maltaya geri dönüb.

Əsgərlərin vəzifəsi Türkiyənin göndərdiyi silahların dənizdən Trablus hökumətinə çatmasının qarşısını almaq olub.

Xəbərdə bildirilir ki, BMT Təhlükəsizlik Şurasına fevral ayında təqdim edilən məxfi hesabatda muzdlularla bağlı məsələnin BƏƏ tərəfindən həll edildiyi, bu ölkədəki bəzi şirkətlər tərəfindən maliyyələşdirildiyi vurğulanıb. Şirkətlərə nəzarəti isə avstraliyalı iş adamı və sabiq döyüş təyyarəsi pilotu Kristian Durrant həyata keçirib. Onunla yaxınlığı ilə tanınan digər şəxs isə Tramp hökuməti ilə əlaqələrə malik, ABŞ-ın muzdlu əsgər təşkilatçısı Erik Prins olub. Prins bu iddiaları rədd etsə də, onun Liviyadakı muzdlu əsgər məsələsində iştirakı araşdırılır.

Məlumata görə, 2019-cu ildə Binqazidən göndərilən 20 muzdluya nəzarəti Cənub Afrika Hava Qüvvələri komandanlığının rəsmisi Stev Lodge həyata keçirib. Lodge daha əvvəl Nigeriyada muzdlu olaraq döyüşüb. Ümumilikdə 20 muzdludan 11-i Cənubi Afrikadan, 5-i İngiltərədən, 2-si Avstraliyadan,1-i isə ABŞ-dan olub. Ancaq onlar liviyalı komandirlə anlaşa bilməyərək malyata qayıdıblar.

0
Cebhe.info