ABŞ-da Yeni il öncəsi milyonlarla insana xəbərdarlıq edildi - Son 40 ilin...

DÜNYA
00:20 / 23.12.2022
1368

ABŞ-a yeni fəlakətlə bağlı xəbərdarlığı edilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkədə son 40 ilin ən pis qar fırtınasının olacağı ilə bağlı xəbərdarlıq edilib.

Məlumata görə, 37 ştatda 90 milyondan çox insanın soyuq dalğadan təsirləndiyi təxmin edilir.
 
Qasırğa fəlakətindən sarsılan ABŞ indi son illərin ən böyük qar fırtınasına hazırlaşır.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bildirib ki, Milad bayramı yaxınlaşdıqca ölkənin təxminən 80 faizində də son 40 ilin ən böyük qar fırtınasının olacağı gözlənilir. 

Sözügedən çovğun NOAA tərəfindən "nəsildə bir dəfə" kimi qiymətləndirilib. Soyuq dalğanın 37 ştatda 90 milyondan çox insana təsir edəcəyi təxmin edilir.

Ötən çərşənbə axşamı təsirli olmağa başlayan soyuq hava dalğasının sabaha qədər "kəskin siklonu"na çevrilməsi gözlənilir.

0