Putini məhkəməyə verdilər

DÜNYA
09:40 / 27.05.2020
1268

Çuvaşıstan Respublikasının keçmiş rəhbəri Mixail İqnatiyev Rusiya Ali Məhkəməsində prezidentin onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə fərmanına etiraz olaraq inzibati qaydada iddia qaldırıb.

Axar.az RİA “Novosti”yə istinadən xəbər verir ki, iddia ərizəsi mayın 20-də məhkəməyə daxil olub. Ərizəyə baxış isə mayın 30-da keçiriləcək.

Xatırladaq ki, Çuvaşıstan Respublikasının rəhbəri Mixail İqnatiyev ona olan etimadı itirdiyinə görə vəzifəsindən azad olunmuşdu.

0
Axar.az