DÜNYA
22:22 / 26.09.2023
186

Ukraynada antirekord: Doğum səviyyəsi dünyada ən aşağı səviyyəyə düşə bilər

Ukraynada bu ilin birinci yarısında doğum səviyyəsi tammiqyaslı müharibədən əvvəlki eyni dövrlə müqayisədə 28% azalıb. Bu, Ukrayna müstəqillik əldə etdikdən sonra göstəricilərdə rekord azalmadır.

HİT.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, Rusiya Federasiyasının işğalından əvvəl də Ukraynada doğum səviyyəsi Avropada ən aşağı göstəricilərdən biri idi. Lakin indi dünyada ən aşağı səviyyəyə düşə bilər. 

Mənfi proqnozlardan birinə görə, Ukrayna əhalisi 2022-ci il fevralın 24-nə olan 43 milyondan sonrakı 20 ildə 30 milyona qədər azala bilər. Bu qənaətə M.V adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun mütəxəssisi Aleksandr Qladun gəlib.

Qeyd olunur ki, Ukraynada doğum səviyyəsi hətta 2014-cü ildə Krımın işğalından sonra (12 faiz) aşağı düşməyə başlayıb. Bununla belə, tammiqyaslı müharibə başlayandan sonra doğum nisbəti ümumilikdə 1,2-yə düşüb. 

Samir

0