Paşinyan çətin durumda: “İkinci dalğa ilə üz-üzəyik”

DÜNYA
14:58 / 27.05.2020
1245

Ermənistan koronavirusun ikinci dalğası ilə üzləşib.

Bunu Baş nazir Nikol Paşinyan deyib.O bildirib ki, ölkədə koronavirusla əlaqədar kifayət qədər çətin vəziyyət yaranıb: "Biz artıq ikinci dalğa ilə üz-üzəyik".

Baş nazir bildirib ki, hökumət yayılmanın sıfıra endirilməsi yolunu bilir, ancaq bunun üçün əhali qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni qorumalıdır. Bununla yanaşı, Baş nazir qeyd edib ki, vətəndaşlar hələ ki, koronavirusla birgə yaşamağa öyrəməyiblər:

"Ancaq onlar buna alışmalıdırlar".

Paşinyan karantin tədbirlərini sərtləşdirmək tərəfdarı deyil, ancaq qaydaların pozulmasına qarşı sərt tədbirlər vəd edib. 27 maya olan statistikaya görə, Ermənistanda 7774 yoluxma, 98 ölüm faktı qeydə alınıb.

0
Cebhe.info