Ərdoğan onlar haqda prokurorluğa şikayət etdi - Təhqirə görə

DÜNYA
15:31 / 27.05.2020
1142

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ağır söyüş və təhqirə görə 4 CHP üzvündən prokurorluğa şikayət edib.

Bunu ölkə başçısının vəkili Mustafa Doğan İnal bildirib.

Məlumata görə, prokurorluğa verilən şəxslər CHP-nin İzmir şəhər təmsilçiliyinin sədr müavini Yasin Ergül, CHP Gənclər Təşkilatları İzmir şəhər katibi və Qarabağlar bələdiyyəsinin məclis üzvü Dila Koyurga, İzmirin Qaziemir bələdiyyəsinin CHP-çi sədri Halil Arda və CHP İzmir şəhər təşkilatı üzvü Caner Güldür.

Prezidentin vəkili bu məsələni belə şərh edib:

“Bu, onu göstərir ki, möhtərəm prezidentimizi təhqir etmək partiyanın (CHP-nin – red.) örtülü siyasətidir”. 

0
“Report”