Rusiya Daxili İşlər Nazirliyi ölkənin maliyyə nazirinin və Mərkəzi Bank rəhbərinin keçmiş birinci müavini Sergey Aleksaşenko barədə axtarış elan edib. Onu həmçinin xarici agent kimi xüsusi reyestrə salıblar.
Rusiya DİN Aleksaşenkonun nəyə görə axtarışa verildiyini açıqlamasa da, Rusiya mətbuatında məsələ geniş işıqlandırılıb.
Mətbuatın hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, S.Aleksaşenko Ukraynada işğalçı müharibə başlayan kimi Rusiyanı tərk edərək Avropaya gedib. Orada isə Rusiyaya qarşı iqtisadi sanksiyaları hazırlayan qrupa rəhbərlik etməyə başlayıb. Qrupa həmçinin Ukrayna Prezdent Ofisinin rəhbəri Andrey Yermak, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol da daxildir.//Musavat.com