2024-cü ildə Ukraynanı hansı problemlər gözləyir?
"Ukrayna prezidenti Volodimir Zelenskinin Qərb ölkələrindən əbədi və sonsuz maliyyə alacağına ümidləri sadəlövh və tamamilə əsassız idi".
HİT.az xəbər veruir ki, bunu Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk smotrim.ru saytına deyib.
“Ukraynadan öz maraqları üçün istifadə edən ABŞ və Aİ tədricən onu öz taleyinə buraxırlar. Əgər dünən Qərb Rusiya ilə müharibədə qazanc görübsə, o zaman itkilərin ilk eyhamında Qərb siyasətçilərinin siyasi ritorikası sürətlə dəyişməyə başlayır”, deyə Medvedçuk bildirib.
“Başqa Ukrayna” hərəkatına rəhbərlik edən siyasətçi xatırladıb ki, son günlər ABŞ və Aİ-nin büdcə səsləri Ukraynaya münasibətdə kursun dəyişdiyini və “Kiyevin hərbi-korrupsiya tələblərini yerinə yetirmək istəmədiyini” nümayiş etdirib.
Medvedçuk vurğulayıb ki, Ukraynanın 2024-cü il dövlət büdcəsi haqqında bu yaxınlarda qəbul edilmiş qanun layihəsində 2,2 trilyon qrivna (57 milyard dollar) borc alınması nəzərdə tutulur və bunun da 1,7 trilyon qrivnası (44 milyard dollar) xarici borclardır. Bu da ölkə üçün iqtisadi fəlakətə bərabərdir.
Medvedçukun fikrincə, 2024-cü ildə Ukraynanı genişmiqyaslı büdcə kəsiri, ödənişlərin aparılmaması böhranı, əhalinin yoxsullaşması, sosial təlatümlər və cəbhədə üsyan gözləyir.
Samir