Polşa prezidenti müdafiəyə pul qənaət etməmək barədə xəbərdarlıq etdi
Polşa prezidenti Anjey Duda yeni hökuməti ölkənin müdafiəsi üçün pula qənaət etməmək barədə xəbərdarlıq edib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, çox təhlükəli vaxtlarda kimsə pula qənaət etmək barədə düşünsə, bu, ölkəyə baha başa gələcək.
Dövlət başçısı vurğulayıb ki, onun üçün Polşanın təhlükəsizliyi məsələsi tamamilə vacib və fundamental məsələ olaraq qalır. O qeyd edib ki, Ukraynanın Rusiyaya qarşı mübarizədə dəstəyi təbii olaraq bundan irəli gəlir.
"Əgər kimsə çox təhlükəli vaxtlarda Polşa ordusunun modernləşdirilməsini dayandırmaqla pula qənaət etmək barədə düşünərsə, bu, yəqin ki, Polşaya baha başa gələcək və ölkənin təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədə bilər", deyə Duda bildirib.
Samir