Aleksandar Vuçiç NATO ilə bağlı hökumətə sorğu göndərəcək

14:08 / 21.11.2023
394

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin tezliklə NATO qüvvələri ilə birgə təlimlər keçirməyi nəzərdən keçirəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə o, NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra bildirib.

Vuçiç bildirib ki, Ali Baş Komandan kimi o, Serbiya hökumətinə NATO və digər tərəfdaşlarla əvvəllər keçirilən təlimlərin bərpası ilə bağlı qərara baxılması üçün sorğu göndərəcək.

Serbiya artıq 2023-cü ildə bir sıra NATO ölkələri ilə iyunun 16-dan 30-dək taktiki təlimlər keçirib. Prezident Vuçiçin sözlərinə görə, belə təlimlər ölkəyə yeni biliklər və imkanlar verir. Eyni zamanda o, Serbiyanın hərbi bloklara qoşulmaq niyyətində olmadığını və neytral ölkə olaraq qaldığını vurğulayıb.

NATO-nun baş katibi Yens Stoltenberq Serbiya prezidenti Aleksandr Vuçiçlə söhbətindən danışıb. O, bildirib ki, bu söhbət zamanı Alyans və Serbiya arasında birgə təlimlərin keçirilməsi imkanlarını müzakirə ediblər: "Biz birgə hərbi təlimlərin keçirilməsi imkanlarını müzakirə etdik".

Samir

0