Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avromaydanın başlanmasının onuncu ildönümü ilə bağlı yazı yazıb.
HİT.az xəbər verir ki, o, 2013-2014-cü illərdə Ukraynada baş verən hadisələrin bütün Avropanı dəyişdiyini bildirib. Siyasətçi bu paylaşımı X sosial şəbəkəsində dərc edib.
"10 il ləyaqət. Qürur. Azadlığa can atmaq. Avromaydanın soyuq qış gecələri Avropanı həmişəlik dəyişdi. Bu, bu gün həmişəkindən daha aydın görünür. Ukraynanın gələcəyi Avropa İttifaqındadır. Maydanın mübarizə apardığı gələcək nəhayət ki, başlayıb”, deyə Avropa Komissiyasının rəhbəri bəyanatında bildirib.
Avromaydan adlı kütləvi, aylarla davam edən etiraz aksiyası 2013-cü ilin sonunda başlayıv və 2014-cü ilin yazına qədər davam edib. Kiyevdə etirazçılar çadırlar qurub, bir sıra inzibati binaları ələ keçiriblər. Həmin vaxt Ukrayna prezidenti postunu tutan Viktor Yanukoviç və Nazirlər Kabineti demək olar ki, tam tərkibdə ölkəni tərk etməli olub.
2014-cü il mayın 25-də keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə Petro Poroşenko yeni prezident seçilib.
Samir