Ukrayna Rusiya ilə danışıqlara gedir? - "Tərəflər arasında sülh..."

DÜNYA
11:17 / 11.01.2024
322

"Ukrayna Rusiya ilə danışıqlara başlaya bilər". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

Lakin ekspert bildirib ki, bu, tərəflər arasında birmənalı şəkildə sülhün əldə olunmasına gətirib çıxara bilməz:

"Sülh danışıqları prosesi özü də uzun müddət davam edə bilər. Keçmiş ATƏT-in Minsk qrupu kimi vaxt aparan bir qrup yarana və ya hansısa institut formalaşdırıla bilər. Bununla da vasitəçilik xidməti təklif olunması mümkündür. Ona görə də yaxın zamanlarda Rusiya-Ukrayna müharibəsinin tam bitməsinin şahidi ola bilmərik. Bu müharibə hələ uzun illər davam edəcək. Həmçinin, yaxın perspektivdə tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması da gözlənilmir".

341559

Həmsöhbətimiz qeyd edib ki, sülh danışıqları adı altında danışıqlar ola bilər, amma qısa zamanda nəticə əldə olunmaz:

"Hətta müharibə başladıqdan sonra Belarus və Türkiyə vasitəsilə Rusiya ilə Ukrayna arasında danışıqlar aparıldı. Müharibənin gedişi zamanı xarici işlər nazirləri səviyyəsində belə görüşlərin şahidi olduq. Amma təəssüflər olsun ki, Qərb ölkələri tərəfindən bunun qarşısı alındı. Həm də dünyada baş verən proseslər də buna təsir göstərdi. 

Yaxın Şərqdə vəziyyətin alovlanması və İsraillə HƏMAS arasında davam edən müharibə Rusiya-Ukrayna müharibəsini arxa plana çəkdi. Gələcəkdə isə növbəti münaqişələrin alovlanması Rusiya-Ukrayna müharibəsini daha da geri plana sala bilər. Amma bu, həmin münaqişənin həll olacağı demək deyil".

Pərviz

0