Polşalı general: \"Bu, Ukrayna üçün çox pis xəbərdir\"

21:56 / 12.02.2024
250

Polşa xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri, general Roman Polko Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının işdən çıxarılmasını Ukrayna üçün çox pis xəbər adlandırıb. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Volodimir Zelenskinin bu məsələdə şəxsi ambisiyaları dövlət maraqlarını aşıb.

"Bu, çox pis xəbərdir. Bu qərar bizə Zelenskinin şəxsi ambisiyalarının dövlətin yaxşı maraqlarını üstələdiyini göstərir", deyə Polko bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı nəinki böyük xarizmaya malik idi, həm də əsgərlər arasında hörmətə malik olub.

"Amma elə oldu ki, siyasi hakimiyyət müdaxilə etdi, onu komandanlıqdan uzaqlaşdırdı", deyə polşalı hərbçi qeyd edib.

Fevralın 8-də Ukrayna prezidenti Volodimir Zelenskinin saytında Zalujnının Silahlı Qüvvələrin baş komandanı vəzifəsindən kənarlaşdırılması haqqında fərman dərc olunub. Həmin gün dövlət başçısı general-polkovnik Aleksandr Sırskinin Valeri Zalujnını baş komandan kimi əvəzləyəcəyini bəyan edib.

“Washington Post” yazır ki, işdən çıxarılan Zalujnı Ukraynanın Londondakı diplomatik missiyasına rəhbərlik etməkdən imtina edib. Nəşrin məlumatına görə, o, səfir postunun mülki olduğu üçün bu qərarı verib.

Samir

0