Tramp NATO ölkələrindən Ukraynaya yardımı ABŞ səviyyəsinə qədər artırmağı tələb edib

DÜNYA
12:21 / 13.02.2024
272

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri Ukraynaya ayırdıqları maliyyənin payını ABŞ səviyyəsinə qədər artırmalıdırlar. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Alyans üzvlərinən bu, "gözəl şəkildə xahiş edilsə, bunu edəcəklər".

Tramp hesab edir ki, əks halda Vaşinqton öz maraqlarını üstün tutmalıdır:

"Biz Ukraynaya NATO ölkələrinin yardımını 100 milyard dollar üstələyən həcmdə yardım edirik. Amma onlar bizdən qat-qat az ödəməkdə israrlıdırlar. NATO öz xərclərinin səviyyəsini bərabərləşdirməlidir".

O əlavə edib ki, əgər NATO ölkələri Ukraynaya dəstəklərimi artırmaqdan imtina edərlərsə, o zaman ilk növbədə ABŞ-ın maraqları nəzərə alınmalıdır.

"Mən ədalətli paylarını ödəməyən 20 ölkəni ABŞ-ın hərbi müdafiəsini dayandırmaqla hədələyərkən ödəməli olduqlarını söylədikdə, pullar axmağa başladı. Bu, gözəl mənzərə idi", deyə Tramp bildirib.

Fevralın 8-də ABŞ Senatı İsrail, Ukrayna və Tayvana yardım haqqında qanun layihəsinə baxmağa səs verib. Bu məqsədlər üçün 95 milyard dolların ayrılması planlaşdırılır.

Sənəddə layihənin əvvəlki variantında təklif olunan ölkə sərhədlərinin möhkəmləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Bu səbəbdən Nümayəndələr Palatası qanun layihəsinin yeni variantına məhəl qoymayacağı ilə hədələyib.

Samir

0