Ankara Putinin seçkilərdən sonra Türkiyəyə səfər edəcəyinə ümid edir

DÜNYA
13:15 / 13.02.2024
215

Türkiyə hər iki ölkədə keçirilən seçkilərdən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin səfərinə ümid edir. 

HİT.az xəbər verir ki, "RİA Novosti" bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən yazıb.

Türkiyə prezident administrasiyasındakı mənbə dəqiqləşdirib ki, səfərə hazırlıq gedir, lakin konkret tarixlər yoxdur.

Qeyd olunur ki, Rusiyada prezident seçkiləri martın 17-də, Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər isə martın 31-də keçiriləcək.

Bundan əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini bildirib.

Kreml nümayəndəsi qeyd edib ki, səfər tərəflər arasında müzakirə olunub.

Türkiyənin “Hürriyet” qəzetinin jurnalisti Hande Fırat Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin daha sonrakı tarixə təxirə salındığını yazıb. O, səbəblərin “iki ölkədəki seçki cədvəli və məşğulluq” olduğunu açıqlayıb.

Samir

0