30 min imza toplanıb, parlament Kaya Kallasın istefası ilə bağlı müraciətə baxacaq

13:58 / 13.02.2024
232

Estoniya Mərkəz Partiyası ölkənin hazırkı baş naziri Kaya Kallasın istefası üçün 30 min imza toplayıb. Konstitusiya Komissiyası petisiyaya fevralın 13-də baxacaq. 

HİT.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Deputat Anastasiya Kovalenko-Kilvartın ERR-ə verdiyi məlumata görə, ölkədə son sorğuların nəticələri göstərir ki, Kallasın istefasını əhalinin 2/3-si dəstəkləyir və toplanmış imzalar hazırkı baş nazirin işindən narazılığını nümayiş etdirir.

Onun sözlərinə görə, Kallasın rəhbərlik etdiyi hökumət iqtisadi çətinliklərin öhdəsindən gələ bilmir və insanlara kömək etmək əvəzinə vergiləri artırır və dövlət gəlirlərini azaldır.

Bundan əvvəl "Turu-uuringute"nin "Eesti Päevaleht" qəzetinin sifarişi ilə keçirdiyi sorğu göstərmişdi ki, Estoniya vətəndaşlarının yalnız 16%-i hazırkı baş nazir Kaya Kallası vəzifəsində görmək istəyir.

Samir

0