Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsola deyib ki, Avropa İttifaqı müdafiə xərclərini artırmalıdır.
HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
Metsola bildirib ki, Avropa müdafiə alyansı NATO ilə rəqabət aparmaqdansa, onunla əməkdaşlığını tamamlamalıdır və Avropa müdafiə sənayesini gücləndirmək və praktiki olaraq strateji muxtariyyətini reallaşdırmaq üçün müdafiəyə daha çox pul xərcləməlidir.
"Avropa İttifaqı lazım gələrsə, məsuliyyəti öz üzərinə götürməyə hazır olmalı və istənilən fövqəladə vəziyyətə hazır olmalıdır. Atlantik okeanın o tayında nələrin baş verə biləcəyini görəndə Avropa tərəddüd edə bilməz. Avropa güclü olmalıdır", deyə Metsola qeyd edib.
Samir