İsrailli nazir: "Girovların azad edilməsini ən vacib məsələ deyil"

DÜNYA
20:44 / 21.02.2024
293

İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib ki, Qəzza zolağından girovların qaytarılması İsrail üçün "ən vacib məsələ deyil". 

HİT.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"Yox. Bu, ən vacib şey deyil", deyə Smotriç HƏMAS əsirliyindən girovların xilas edilməsinin İsrail üçün ən vacib məsələ olub-olmaması ilə bağlı suala cavab verib.

O, bunu rəqabətə çevirməməyə çağırıb və "bu anda niyə bu qədər vacibdir" deyə soruşub.

"Biz HƏMAS-ı məhv etməliyik. Bu, çox vacibdir", deyə Smotriç bildirib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Qəzza zolağında girovların azad edilməsinə şərait yaradacaq radikal HƏMAS hərəkatı üzərində qələbə qazanmağa hazırdır. O, bu barədə ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərliyi qarşısında çıxış edib.

“Biz HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmindəyik ki, bu da girovların azad edilməsi deməkdir", deyən Netanyahu İsrailin danışıqlarda təzyiq və sərt mövqe nümayiş etdirməyə sadiq olduğunu bildirib.

Samir

0