Lizz Trass: "Mühafizəkarlar təşəbbüsü ələ keçirməsə, Qərb məhvə məhkum olacaq"

DÜNYA
10:34 / 22.02.2024
316

"Dünyanın bir çox ölkələrində solçu radikallar hakimiyyətə gəlib və mühafizəkarlar təşəbbüsü onlardan ələ keçirməsə, o zaman Qərb məhvə məhkum olacaq". 

HİT.az xəbər verir ki, bunu Amerikanın "Fox News" telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass deyib.

"Mühafizəkarlar yenidən qalib gəlməsə və solun ələ keçirdiyi qurumlara meydan oxumağa hazır olmasaq, Qərb məhvə məhkumdur", deyə keçmiş baş nazir bildirib.

Liz Trassın sözlərinə görə, ultra solçular çox uzun müddətdir hakimiyyətdədir və bu vəziyyətin nəticələri çox açıqdır. Məsələn, Fələstinə dəstək aksiyaları və bütün dünyada baş verən qeyri-qanuni miqrantlarla bağlı problemlər bunun nəticəsidir. 

Onun fikrincə, mühafizəkarların hakimiyyətdə olduğu Böyük Britaniyada belə, digər ölkələrdən qeyri-qanuni mühacirlərin deportasiyasını çətinləşdirmək üçün sollar məhkəmələrdən uğurla istifadə edir.

"Biz solun zərərli ideyaları ilə mübarizə aparmalıyıq", deyə Lizz Trass fikrini yekunlaşdırıb.

Samir

0