Avropa sursat istehsalı üçün xammal çatışmazlığı ilə üzləşib

DÜNYA
20:33 / 08.04.2024
171

Avropa İttifaqı müdafiə sənayesi sursat istehsalı üçün lazım olan nitroselüloz çatışmazlığı ilə üzləşir. 

HİT.az xəbər verir Bu barədə Financial Times qəzeti yazır.

"Ciddi bir çatışmazlıq (nitroselüloz) var ki, bu da sənayedə çətinliklərə səbəb olur", deyə adı açıqlanmayan müdafiə idarəsinin nümayəndəsi nəşrə bildirib.

Məqalədə qeyd olunur ki, nitroselülozdan partlayıcı maddələr, barıt və bərk raket yanacağı hazırlanır.

Almaniyanın “Rheinmetall” müdafiə konserninin baş direktoru Armin Pappergerin sözlərinə görə, Çin nitroselüloz istehsalında istifadə olunan pambıq pulpasının 70%-dən çoxunu Avropaya göndərir. Mənbə etiraf edib ki, Pekin “geosiyasi səbəblərə görə” təchizatı kəsə bilər.

Bundan əvvəl hərbi analitik Karlo Masala bildirib ki, Çexiya və Estoniyanın Ukrayna qoşunları üçün mərmi almaq təşəbbüsləri onları yaxın aylarda kəskin sursatın çatışmazlığından xilas etməyəcək. O qeyd edib ki, ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olaraq Kiyev böyük dəyişikliklərlə üzləşə bilər. Xüsusilə, söhbət keçmiş dövlət başçısı Donald Trampın qələbəsi halında Vaşinqtonun köməyinin tam dayandırılmasının mümkünlüyündən gedir.

Samir

0