Peskov Putinin "islam fundamentalistləri" ilə bağlı sözlərini şərh erməkdən imtina etdi

DÜNYA
16:37 / 08.04.2024
183

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının İslam fundamentalistlərinin hücumlarının hədəfi ola bilməyəcəyi barədə bəyanatını şərh etməyib. 

HİT.az xəbər verir ki, jurnalistlər növbəti brifinq zamanı dövlət başçısının nümayəndəsindən bu ifadəni izah etməyi xahiş ediblər.

"Prezident bunu deyəndə hansı konteksti nəzərdə tuturdu?" deyə juenalistlər prezident sözçüsünə sual edib.

Lakin Peskov müxbirlərə Putinin sözlərini diqqətlə oxumağı tövsiyə edib. Kremlin mətbuat katibinin sözlərinə görə, media işçiləri bu ifadəni kontekstdən çıxarıblar.

Aprelin 4-də Rusiya lideri Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (FNPR) XII Qurultayında iştirak edib. Tədbir zamanı o bildirib ki, ölkə İslam fundamentalistlərinin hücumlarının hədəfi ola bilməz. Bunun səbəbi onun daxilində dinlərarası birliyin mövcudluğudur.

Bundan başqa, dövlət başçısı Rusiya Federasiyasının xarici siyasətinə də diqqət çəkib. Onun sözlərinə görə, ölkə beynəlxalq səviyyədə özünü elə aparır ki, çətin ki, islam fundamentalistlərinin hədəfinə çevrilsin.

Samir

0