Trampın müşaviri Krım və Donbasla bağlı iddiaları təkzib etdi

DÜNYA
17:55 / 08.04.2024
179

ABŞ prezidentliyinə namizəd Donald Trampın müşaviri Ceyson Miller sabiq dövlət başçısının Ağ Evə qayıdacağı təqdirdə Respublikaçılar Partiyasının Kiyevə təzyiq göstərməklə Ukrayna böhranını həll etməyi planlaşdırdığı barədə məlumatı saxta adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə “The New York Post” yazıb.

Onun sözlərinə görə, belə bir planın olması ilə bağlı “The Washington Post” qəzetində çıxan məlumatlar saxta xəbərdir.

"Onlar sadəcə uydururlar", deyə Miller bildirib.

Eyni zamanda, o xatırladıb ki, münaqişənin sona çatmasından yalnız Tramp danışır, Co Bayden isə onun davamı barədə mütəmadi olaraq açıqlamalar verir.

Qeyd edək ki, bu barədə aprelin 7-də “The Washington Post” yazıb. İddiaya görə, ABŞ-ın keçmiş prezidenti şəxsi söhbətlərində etiraf edib ki, o, Ukrayna hakimiyyətini ərazi güzəştlərinə getməyə məcbur etməklə, hərbi münaqişəyə son qoya bilər: Ərazi güzəştləri dedikdə, Krım və Donbasın Rusiyanın nəzarətində qalması nəzərdə turulur.

WP-nin məlumatına görə, Donald Tramp şəxsi söhbətlərində Rusiya və Ukraynanın özünü xilas etmək və münaqişəni dayandırmaq istədiklərini əsaslandırıb. WP mənbələrinə görə, ABŞ-ın keçmiş prezidenti əmindir ki, Rusiya Federasiyasının tərkibinə daxil olan Ukrayna ərazilərinin sakinləri "bundan razı qalacaqlar".

Donald Trampın kampaniyası WP-nin sorğusuna cavab verib ki, keçmiş prezidentin planları ilə bağlı hər hansı məlumat "nə baş verdiyini və nə baş verəcəyi barədə heç bir fikri olmayan, adı açıqlanmayan və məlumatsız mənbələrdən gəlir".

Samir

0