Moldova Avropaya inteqrasiyanı ölkənin məcburi kursuna çevirəcək

DÜNYA
18:47 / 08.04.2024
175

Moldova Hərəkət və Həmrəylik Partiyası (PAS) ölkə parlamentinə Avropaya inteqrasiyanı respublikanın strateji hədəfi elan edən Konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Konstitusiyanın preambulasına "Moldova Respublikası xalqının Avropa kimliyinin tanınması, Avropa İttifaqına inteqrasiyanın Moldova Respublikasının strateji məqsədi kimi elan edilməsi" sözləri əlavə ediləcək.

Qanunun bu ilin payızında keçirilməsi planlaşdırılan Avropa İttifaqına üzvlüklə bağlı referendumdan sonra qəbul ediləcəyi gözlənilir.

Martın 18-də Moldova prezidenti Maya Sandu ölkə parlamentinə müraciət edərək bu ilin oktyabrında Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsinə təşəbbüs göstərməyə çağırıb. O, həmçinin plebisitin nəticələrinin Moldova Konstitusiyasına daxil ediləcəyinə əminliyini ifadə edib. Referendumun vaxtı hələ müəyyən edilməyib.

Samir

 

0