Ölümündən 2 gün əvvəl II Yelizaveta baş nazirə nə məsləhət verib?

23:25 / 13.04.2024
236

Böyük Britaniyanın keçmiş baş naziri Truss ölümündən iki gün əvvəl II Yelizaveta ilə danışıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Liz Truss mərhum kraliça II Yelizavetanın ona məsləhət verdiyini deyib. Siyasətçi etiraf edib ki, o, monarxın sözlərinə qulaq asmadığına görə təəssüflənir.

Monarx ona tələsməməyi tövsiyə edibmiş.

"Söhbətimizin sonunda o, məni xəbərdar etdi ki, baş nazir olmaq vaxtından əvvəl "qocalmaq" deməkdir. O, mənə məsləhət də verdi ki, istefa verməyə tələsməyim. Bəlkə də dinləməliydim", - Liz Truss bildirib.

 

0