Mask gələcək müharibələrlə bağlı proqnoz verdi

DÜNYA
18:16 / 23.05.2024
148

"Gələcək müharibələrdə çox şey pilotsuz uçuş aparatlarından asılı olacaq". 

HT.az xəbər verir ki, bu proqnozu amerikalı sahibkar və iş adamı İlon Mask sosial şəbəkədəki X (keçmiş Twitter) səhifəsində verib.

O vurğulayıb ki, gələcəyin müharibələri həqiqətən də pilotsuz uçuşlar olacaq:

"Dəqiq desək, bu, ayda istehsal olunan dronların sayının orta hesabla öldürülənlərin sayına vurulmasıdır. Ən çox sayı olan tərəf qalib gəlir".

Bu arada, İlon Maskın sahibi olduğu, əvvəllər "Twitter" kimi tanınan X sosial şəbəkəsi Türkiyə hakimiyyətinin çoxsaylı tələblərindən sonra ölkədə nümayəndəlik açıb. Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu "CNN Türk" telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, X şirkəti Türkiyədə nümayəndə təyin edə bilməyib, lakin onlar danışıqlar aparırlar. Sosial şəbəkəyə təsirli təzyiq olaraq, reklamlara məhdudiyyət qoyulub və ona girişin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Bundan sonra X Türkiyədə nümayəndəliyini açıb. Uraloğlu onu da qeyd edib ki, X şirkəti nümayəndəliyini açmasaydı, cərimələrlə üzləşəcəkdi.

Daha əvvəl Türkiyənin tənzimləyici orqanı, İnformasiya Texnologiyaları və Rabitə Təşkilatı ölkənin qanuni tələblərinə uyğun gəlmədiyi və əvvəllər tətbiq edilmiş cərimələri ödəmədiyi təqdirdə sosial şəbəkəyə girişi 90% məhdudlaşdıra biləcəyi barədə xəbərdarlıq etmişdi.

2020-ci ildə Türkiyə sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı yeni qaydaları təsdiqləyib. Beynəlxalq platformalar Ankara ilə birbaşa əlaqə saxlamaq üçün ölkədə rəsmi nümayəndələr təyin etməli idi. Bu tələbə əməl etməyən şirkətlər 10 milyon lirə inzibati cəriməyə məruz qalıb.

Samir

0