Rusiyadan iddia: "ABŞ müəyyən etnik qruplara təsir edən bioagentlər üzərində işləyir"

13:05 / 27.08.2024
150

Birləşmiş Ştatlar müəyyən etnik qruplara selektiv təsir göstərən bioagentlər üzərində işləməyə davam edir. 

HİT.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri general-leytenant İqor Kirillov deyib.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl ABŞ və onun müttəfiqləri tərəfindən Ukraynadan biomaterialların irimiqyaslı toplanması və daşınması faktlarını təsdiqləyən məlumat yayıb. Müharibə başlamazdan əvvəl ABŞ və müttəfiqləri Ukraynadan ən azı 16 min bionümunə daşımağa nail olublar. Xüsusilə, U-Pi-8 layihəsi çərçivəsində dörd min Ukrayna hərbçisindən qan nümunələri götürülüb. Eyni zamanda, təhlükəli patogenlər və onların daşıyıcıları ixrac edildi (10 mindən çox nümunə).

Samir

0