Yaxın Şərqdəki münaqişə Aİ iqtisadiyyatına necə təsir edib?

DÜNYA
19:40 / 07.10.2024
48

İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Qentiloni bildirib ki, geosiyasi gərginlik avrozona iqtisadiyyatına təsir edir. 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə Lüksemburqda Avropa İttifaqının maliyyə nazirlərinin görüşündən əvvəl bildirib.

"Geosiyasi qeyri-müəyyənlik, xüsusən də neft qiymətləri ilə bağlı iqtisadiyyatımıza təsir edir", deyə Qentiloni bildirib.

Avropa komissarının sözlərinə görə, bu, inflyasiyaya təsir göstərə bilər, lakin indiyədək belə təsir müşahidə edilməyib.

"İnflyasiya mütləq aşağı düşür", deyə komissar bildirib.

O, həmçinin "UniCredit" və "Commerzbank" arasında mümkün sövdələşməni şərh edərək, Aİ-də güclü və beynəlxalq rəqabətədavamlı banklara ehtiyac olduğunu vurğulayıb.

Samir

0