Cənubi Koreyada nə baş verir? - "Proseslər..."

DÜNYA
10:01 / 05.12.2024
217

"Hazırda Cənubi Koreyadakı vəziyyət kifayət qədər gərgindir".

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O, Cənubi Koreyada hərbi vəziyyətin elan olunması ilə bağlı yaşananlarla bağlı danışıb:

"Şimali Koreyadan Cənubi Koreyaya ehtimal olunan hansısa hücum buna səbəb olaraq göstərildi. Lakin son 2 gündə gördüyümüz detallar əsasında ətraflı nə isə demək çətindir".

363698

Lakin ekspertin sözlərinə görə, proseslərin sonunda Cənubi Koreyada hakimiyyət dəyişikliyi yaşana bilər:

"Görünən ondan ibarətdir ki, Cənubi Koreyada ən azından hakimiyyət dəyişikliyi məsələsi artıq gündəmə gəlib. Hətta buna nail ola biləcəkləri barədə ehtimal da var". 

Kənan Novruzov qeyd edib ki, ABŞ-nin bu proseslərdə hansı mövqedə dayanacağı çox mühümdür:

"Bu, bəlkə də həlledici ola bilər. Hesab edirəm ki, rəsmi Vaşinqton Cənubi Koreyada qurulan oyunu pozmağa meyillidir. Əgər mövcud Bayden administrasiyası proseslərlə bağlı konkret mövqe ortaya qoyarsa, gələcəkdə Cənubi Koreya üçün ehtimal olunan daha mənfi ssenarilərin qarşısını almaq mümkün olar. Əks halda isə proses davam edəcək. Belə olacağı təqdirdə də hakimiyyət dəyişikliyi baş verə bilər".

Pərviz

0