Çin restoranları tülkü və yenot əti mal və quzu kimi satılır

DÜNYA
19:19 / 18.03.2025
57

Çin restoranları tülkü və yenot ətlərini mal və quzu əti kimi satırlar.

Hit.az bu barədə "Oddity Central"a istinadən xəbər verir.

“The Paper” qəzetinin apardığı jurnalist araşdırması Çində “saxta ətin” geniş miqyaslı kommersiyalaşdırıldığını üzə çıxarıb. Xəzləri üçün yetişdirilən tülkü və yenot əti restoranlarda mal, quzu və ya dovşan əti kimi satılır.

Qəzetin yazdığına görə, xəz istehsalı ilə tanınan Tanşan, Hebey, Veyfan, Linyi və Şandunq kimi bölgələrdə təsərrüfatlar tülkü və yenot cəmdəklərini daxili orqanları və dərialtı piyləri çıxardıqdan sonra yenidən satırlar. Bəzi satıcılar əti identifikasiyanı çətinləşdirmək üçün hətta dondurmadan əvvəl bişirərək və ya qızardaraq emal edirlər.

Mütəxəssislər xəbərdarlıq edir ki, belə ət sağlamlıq üçün ciddi təhlükə yaradır. Tükləri üçün yetişdirilən heyvanlara hormonlar və dərmanlar verilir və təhlükəli mikroorqanizmlər daşıya bilər.

Belə ətin satışının Çin qanunları ilə qadağan edilməsinə baxmayaraq, fermer təsərrüfatları onu həm özəl restoranlara, həm də onlayn platformalar vasitəsilə satmaqda davam edir. Belə bir məhsulun qiyməti üç kq üçün təxminən 2 dollardır.

Samir

0