Fon der Leyen: Aİ sərhədləri kritik məqamlarda gücləndirilməlidir.

DÜNYA
22:56 / 03.08.2026
53

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Seutadakı miqrasiya böhranı fonunda İspaniyanın Baş naziri Pedro Sançesə məktub ünvanlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi sənədə istinadən məlumat yayıb.

Fon der Lyayen məktubunda Avropa İttifaqının kritik sərhəd məntəqələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Avropa İttifaqının İspaniyaya qanunsuz miqrasiya ilə mübarizədə dəstək verməyə hazır olduğunu bildirib.

Avropa Komissiyasının Prezidenti qeyd edib: "İspaniya ilə əməkdaşlıq çərçivəsində, xüsusilə Seuta və Melilya ilə bağlı bütün məsələlər üzrə sərhəd vəziyyətinə dair erkən xəbərdarlıq sistemlərini təkmilləşdirə və Mərakeşə göstərdiyimiz texniki və maliyyə dəstəyini gücləndirə bilərik."

Avqustun 3-də İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Seutaya daxil olan bütün miqrantların "son nəfərinədək" ərazidən çıxarılacağını bəyan edib.

Məlumata görə, Şimali Afrikada yerləşən İspaniya anklavı olan Seutanın sərhədini Mərakeşdən təxminən 50 min nəfər keçib. Miqrantlar həm quru sərhədindən, həm də dəniz marşrutlarından istifadə edərək anklava daxil olublar.

"Reuters"in məlumatına əsasən, Avropa İttifaqı yaranmış vəziyyətlə əlaqədar İspaniya ilə koordinasiyanı gücləndirməyi və sərhəd təhlükəsizliyi sahəsində əlavə tədbirlər görməyi nəzərdən keçirir.

Samir
 

0