NATO İrandan gələn təhdidlərə qarşı Avropadakı müttəfiqlərini qorumağa hazırdır

DÜNYA
20:20 / 19.08.2026
47

Şimali Atlantika Alyansı istənilən təhlükəyə qarşı mübarizə aparmağa və müttəfiqlərini qorumağa hazırdır. 

HİT.az xəbər verir ki, bu barədə NATO nümayəndəsi İranın Avropadakı ABŞ obyektlərinə zərbə endirmək imkanını nəzərdən keçirməsi ilə bağlı məlumatı şərh edərkən bildirib. CNN bu barədə yazıb.

“Bu ilin əvvəlində baş verən hadisələrin göstərdiyi kimi, NATO-nun hava hücumundan müdafiə sistemləri İrandan Türkiyə istiqamətində atılan ballistik raketləri dörd dəfə uğurla ələ keçirib. Bu, çəkindirmə və müdafiə sahəsində mövqeyimizin möhkəm və effektiv olduğunu göstərir”, deyə NATO nümayəndəsi deyib.

Onun sözlərinə görə, hərbi blok “istənilən təhlükəyə qarşı mübarizə aparmağa və bütün müttəfiqlərini qorumaq üçün hər zaman zəruri olan bütün tədbirləri görməyə hazırdır”.

Bundan əvvəl “Financial Times” mənbələrinə istinadən yazıb ki, İran ABŞ tərəfindən münaqişənin daha da eskalasiyası halında Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.

Qəzetin məlumatına görə, Tehran ABŞ-ın Cənub-Şərqi Avropadakı obyektlərinə zərbə endirmək variantını müzakirə edib. Hədəflər arasında ABŞ hərbçilərinin təyyarələrə yanacaq doldurmaq üçün istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazası, eləcə də Kiprdəki obyektlər olub.

Samir

0