Xameneyinin nümayəndəsindən inanılmaz sözlər - Ermənilər işğalçıdır, Qarabağı...

21:09 / 14.05.2020
1506

Ərdəbilin imam-cüməsi və İranın ali dini rəhbərinin nümayəndəsi Ayətullah Seyid Həsən Ameli Ermənistana yönəlik sərt mövqe nümayiş etdirib.

İranın Ermənistanı müdafiə etdiyinə dair yayılan məlumatlara münasibət bildirən Ayətullah Azərbaycan xalqının qardaş xalq olduğunu vurğulayıb.

"İran İslam Respublikası həmişə Azərbaycan xalqını dəstəkləyir. Ermənilər işğalçıdırlar və Qarabağı tərk etməlidirlər", - deyə Ayətullah Seyid Həsən Ameli qeyd edib.

0
Teleqraf.com