İtaliya sərhədlərini açacağı TARİXİ bəyan etdi

DÜNYA
12:11 / 16.05.2020
1173

İtaliya hökuməti iyunun 3-dən etibarən ölkəyə giriş və çıxışa icazə verilməsinə qərar verib.

HİT.Az Day.Az-a istinadla xəbər verir ki, bununla da ölkədə koronavirus pandemiyası səbəbindən tətbiq edilən sərt karantin tədbirlərinin yumşaldılmasında növbəti mərhələyə qədəm qoyulacaq.

Belə ki, həmin tarixdən həmçinin ölkə daxilində də sərbəst səfərlərə izacə veriləcəyi qeyd edilir. Hərçənd daha öncə, Baş nazir Cüzeppe Konte epidemiyanın yayılması təhlükəsini əsas gətirərək regionlar arasında məhdudiyyətlərin qüvvədə qalmasını daha vacib hesab etmişdi. Bununla belə regionlar iqtisadi baxımdan bu məhdudiyyətlərin ləğvini tələb ediblər.

Son məlumata görə, İtaliyada koronavirusa yoluxanların sayı 223,8 min, ölənlərin sayı isə 31,6 min nəfər təşkil edir.

0
Day.az