Şirkət rəhbəri bütün ailə üzvlərini koronovirusa yoluxdurdu

11:32 / 16.05.2020
1180

Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti, "Spartak" futbol klubunun rəhbəri Leonid Fedunun özündən sonra ailəsi də koronovirusa yoluxub.

HİT.Az xəbər verir ki, Fedun ailəsinin bütün üzvlərinin koronovirus testinin nəticəsi müsbət çıxıb.


Mayın 7-də xəstəxanaya yerləşdirilən Fedun bildirib ki, bu təhlükə gerçəkdir: "Hər şey sürətlə inkişaf etdi, ailəm də mənimlə birgə yoluxdu. Risklər var".

0