Gələn il Qarabağın bərpasına neçə milyard manat xərclənəcək?

İQTİSADİYYAT
10:17 / 27.10.2021
933

Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub.

Hit.Az xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

0