EKONOMİKS
21:52 / 29.11.2021
632

Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötdü

2021-ci il yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 26,181 milyard dollardan çox təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,67 faiz çoxdur.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Hesabat dövründə Azərbaycanın ixracı 16,848 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 37,7 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 64,35 faiz təşkil edib.

Eyni dövrdə Azərbaycana idxal 9,333 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,45 faiz çoxdur. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 41,47 faiz təşkil edib.

Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 7,515 milyard dollar təşkil edib.

0