Anar Rzayev 120 min manatlıq mebel alır

İQTİSADİYYAT
18:12 / 24.05.2023
1161

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) invertarların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi fərdi sahibkar İbrahimov Zeynal Əliağa oğlu olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 120 010 AZN təşkil edir. 

Tenderin şərtlərindən məlum olur ki, agentlik paltar şkafı, kitab şkafı, çəkməcə, çay tumbası, mebel dəsti (rəhbər), müdür dəsti (şöbə), qəbul otağı mebel dəsti (rəhbər), istirahət otağı dəsti (rəhbər), iclas masası, işçi masası, printer stolu, müdir kreslosu, işçi kreslosu,müsafir kreslosu, stul və seyf alacaq.

Zeynal İbrahimov haqqında apardığımız araşdırmadan məlum olur ki, sahibkar əsasın Zaqatala Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur. 

AYNA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik 2021-ci il oktyabrında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb.

Qurumun İdarə Heyətinin sədri Anar Rzayevdir. 

Anar

1