"Azərbaycan Supermarket" MMC məhkəməlik olub.
Hit.az-ın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.
Paytaxtın Nərimanov raroyununda yerləşən marketi İXM-nin 518.1 maddəsi ilə ittiham olunur. Belə ki, sözügedən iaşə obyektində yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Gültəkin Əsədova sədrlik edəcək.
Aydın