Kobud şəkildə əmək müqaviləsini pozmaq nə deməkdir?

19:39 / 22.07.2024
235

Redaksiyamıza daha bir şikayət daxil olub. Ramiz Mirzəzadə bildirib ki, onu işdən azad ediblər:

"İş verən iddia edir ki, o əmək müqaviləsini kobud şəkildə pozduğuma görə işdən azad olunub. Halbuki maaşımın artırılmasını tələb etmişəm".

Hit.az-a mövzu ilə bağlı açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, əmək müqaviləsinin  pozulması bu hallarda baş verə bilər: 

“İşçi heç bir səbəb göstərmədən işə gəlməyibsə, narkotik, alkoqollu maddələrin təsiri altında işə gəlibsə işdən azad edilə bilər.  İşçinin işə götürənə qəsdən maddi zərər vurması, iş yoldaşına ağır xəsarət yetirməsi, istehsalat sirlərini yayması, iş yerində əxlaqsız hərəkətlər etməsi, son 6 ayda aldığı xəbərdarlıqlardan sonra eyni səhvi təkrarlaması işçinin işdən azad edilməsinə əsas verir”.

Murad

0