“Azərbaycanın xarici borcu xarici strategiyaya uyğun olaraq formalaşır. Xarici borc strateji istiqamətlər üzrə istifadə olunur. Azərbaycanda prioritet istiqamətlər üzrə daxili və xarici borclanma siyasəti həyata keçirilir”.
Bu fikri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.
O qeyd edib ki, daxili borclara daha çox üstünlük verilir:
“Daxili borcun həm milli valyuta da olması, həm də qaytarılma mexanizmi iqtisadiyyat üçün hər hansı bir risk formalaşdırmır. Ancaq onu da deyim ki, xarici borcun strukturu da praktik olaraq , risklərin kompensasiya edilməsi baxımından vacibdir. Mövcud struktur və xarici borcun dövlət payı nəzərə alınarsa, hazırda bunun ölkə iqtisadiyyatı üçün hər hansı bir risk formalaşdırmır”.
Sevinc