Məlum olduğu kimi, kollektiv Qərb ölkələri Rusiya iqtisadiyyatına qarşı 20 minə yaxın sanksiya tətbiq edib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Federasiya Şurasında keçirilən dəyirmi masada çıxışı zamanı deyib ki, Rusiyaya qarşı artıq 20 minə yaxın müxtəlif məhdudlaşdırıcı sanksiyalar tətbiq edilib:
"Əslində, onları sanksiya adlandırmaq da olmaz. Çünki sanksiyalar BMT Təhlükəsizlik Şurasının qanuni tədbiridir, bunlar isə birtərəfli məhdudlaşdırıcı tədbirlərdir”.
İqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a deyib ki, Rusiya sahibkarlarının manat alması sərfəlidir:
"Belə ki, manatı Rusiya Federasiyasındakı Azərbaycan banklarında başqa ölkələrin valyutalarına, o cümlədən dollar və avroya dəyişmək mümkündür. Rusiya Federasiyası və Azərbaycan sahibkarları müqavilələrində iki ölkənin biznesi rublla alqı-satqı həyata keçirərsə, məzənnənin dəyişməsi ilə bağlı riskləri nəzərə almalıdırlar. Sentyabrda və ya ilin sonunda rublun məzənnəsinin necə olacağını heç kim bilmir, ona görə də orta və uzunmüddətli müqavilələri Rusiya rublu ilə bağlamaq risklidir".
Sevinc