Marketlərdə qiymət müxtəlifliyi - Eyni məhsul alıcıya niyə fərqli qiymətə təklif olunur?

İQTİSADİYYAT
19:52 / 15.09.2024
165

Bəzi məhsullar alıcılara vahid qiymətlə təklif olunur, o məhsullar həmin qiymətdən baha və ya ucuz satıla bilməz. Bunu Tarif Şurası tənzimləyir. Lakin bu qayda bütün məhsullara aid edilmir.

Bir çox məhsullar isə keyfiyyətində, ölçüsündə fərq olmasa da, fərqli qiymətlərə satılır. Bunu mağazanın özünün qiymət siyasəti, mağazaların yerləşdiyi ərazi ilə əlaqələndirənlər var. Yəni şəhərin mərkəzində yerləşən mağazanın xərcləri daha çox olduğu üçün məhsullar da nisbətən uzaqlıqdakı mağazaya görə daha baha satılır.

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Eyyub Kərimli qiymət müxtəlifliyinin təbii olduğunu deyib:

“Qiymət mağazanın yerləşdiyi yerə, icarə haqqına və satılan məhsulların keyfiyyətinə görə fərqlənir. Bazar iqtisadiyyatıdır və qiymət siyasəti azaddır. Hər kommersiya subyekti öz mülahizəsinə görə qiymət tətbiq edir və qiymətlər tələb, təklif əsasında formalaşır. Əgər bu gün hansısa müəssisədə qiymət fərqlidirsə, bu, tələbin və həmin obyektin öz qiymət siyasəti əsasında formalaşır.

Hesab edirəm ki, qiymətlər azad rəqabət mühitində formalaşmalıdır. Rəqabət mühiti liberal olanda qiymətlər də buna uyğun formalaşır. Rəqabət böyük olanda qiymətlər daha aşağı, keyfiyyət daha yuxarı olur”.
 

0