İctimai nəqliyyatdakı sıxlığın qarşısını almaq üçün başqa hansı addımlar atılmalıdır?

İQTİSADİYYAT
11:04 / 07.11.2024
116

Bakıda ictimai nəqliyyatdakı sıxlıq bitmir. 

Hər gün istər avtobuslarda, istərsə də metroda çox ciddi sərnişin sıxlığı müşahidə olunur. İnsanlar evlərinə və ya iş yerlərinə getmək üçün bir neçə qatar və ya avtobus buraxmaq məcburiyyətində qalırlar. Sıxlığın qarşısını almaq üçün atılan ilkin addımlar da yetərsiz qaldı. 

Bəs bundan sonra nələr etmək lazımdır? İctimai nəqliyyatdakı sıxlığı azaltmaq üçün başqa hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, ictimai nəqliyyatda sıxlığın əsas səbəbi insan axının və hərəkətin çoxluğudur: 

361736

"Lakin bunun aradan qaldırılması üçün müxtəlif metodlar var. Gələn ilin birinci rübündə yeni yolların açılması və yeni marşrut xətlərin çəkilməsi gözlənilir. Eyni zamanda, yaxın zamanda elektrikli avtobusların da xəttə buraxılması sərnişin daşınmasına ciddi təkan verəcək. 

Yeni avtobuslar sərnişinlərin axını istiqamətində paylaşdırılaraq sıxlığın qarşısı alınacaq. Həmçinin, nəqliyyat vasitələrinin ümumi olaraq istiqamətverici hərəkətinə də baxılmalıdır. Bu da əsas addımlardan biri olacaq".

Pərviz

0