Çekin verilməməsi qanunidir?

İQTİSADİYYAT
19:46 / 13.01.2025
93

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Satıcı tərəfindən alıcıya çekin verilməməsi qanunidir?

Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:

“Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, alıcıya təqdim olunmalı olan çekin verilməməsinə görə, vergi ödəyicisinə belə halın təqvim ilində birinci dəfə baş verməsinə görə birinci dəfə 1000, ikinci dəfə 3000, üç və daha çox hallarda baş verdikdə isə 6000 min manat maliyyə sanksiyası nəzərdə tutulub”.

Murad

0