İdarə rəisi işdən çıxarıldı, yenisi təyin olundu

İQTİSADİYYAT
20:17 / 14.04.2026
67

Zaqatala Rayon Mənzil İstismar İdarəsinin rəisi Vasif Yusifov vəzifəsindən azad olunub.

HİT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Mübariz Əhmədzadə müvafiq əmr imzalayıb.

Digər əmrlə Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə Sərxan Maksudov təyin olunub.

Qeyd edək ki, yeni rəis bu təyinatadək rayon icra hakimiyyətində baş məsləhətçi işləyib.

0