Qazaxıstanda idarəetməsiz qalan avtobus piyadaların üzərinə çıxıb, ölənlər var

22:27 / 08.04.2023
818

Qazaxıstanın Çimkənd şəhərində avtobus qarşıdan gələn zolağa çıxaraq qəza törədib, nəticədə 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Hit.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Polis sürücünün qəza zamanı avtobusda olmadığını müəyyənləşdirib.

“Aprelin 8-i saat 18:30 radələrində “Metro” ticarət mərkəzinin yaxınlığında iki küçənin kəsişməsində idarəetməsiz qalan avtobus qarşıdan gələn zolağa çıxaraq səkidə olan 6 piyadanı vurub. Qəza nəticəsində iki qadın və bir yeniyetmə hadisə yerində, azyaşlı qız isə reanimasiya şöbəsində ölüb. İki nəfər isə xəstəxanadadır”, - polis idarəsindən bildirilib.

Hadisə yerinə gələn əməliyyat-istintaq qrupu müəyyən edib ki, sürücü son marşrut üzrə dönmə əməliyyatı edib və avtobusu əl əyləcinə qoyaraq nəqliyyat vasitəsini tərk edib.

Bu zaman avtobus yamacda kortəbii hərəkət edərək piyadaların üzərinə çıxıb.

0