Görüntüləri yayılan itkin qız Qəzza xəstəxanasında tapıldı - Vəziyyəti ağırdır

HADİSƏ
18:18 / 10.10.2023
649

Görüntüləri bütün dünyaya yayılan İsraildə itkin düşmüş alman qadın Şani Luk Qəzza zolağında xəstəxanada ağır vəziyyətdədir. 

HİT.az xəbər verir ki, bu barədə onun anası Rikarda Lukun "Tagesschau" tərəfindən dərc olunan videomüraciətində məlumat verilib.

Ananın sözlərinə görə, qızının təcili təxliyə edilməsi lazımdır: "Biz Şaninin sağ olması barədə məlumat aldıq, lakin o, ağır kəllə-beyin travması alıb və vəziyyəti pisdir".

Rikarda qızının Qəzza zolağından təcili təxliyəsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl HƏMAS yaraqlılarının yük maşınında hərəkətsiz yatan qadının musiqi festivalı üçün İsrailə gələn Almaniya vətəndaşı olduğu üzə çıxıb. Qızın əmisi oğlu "The Washington Post"a deyib ki, Şani İsraildə Reim yaxınlığında keçirilən Nova festivalında olub. O, izah edib ki, qohumları onu döymələrindən tanıyıblar.

Samir

0