Bakıda 21 yaşlı qız yenə itkin düşdü

HADİSƏ
14:17 / 26.11.2024
503

Bakıda 21 yaşlı qız itkin düşüb.

HİT.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əfsanə Comərd qızı Əzimova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa, qara rəngli və gözləri qəhvəyidir.

Onu görən və ya harada olduğunu bilən şəxslərdən DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə,

(+994 12) 590-72-03;

(+994 12) 456-03-02;

(+994 51) 571-03-11;

(+994 55) 211-81-74;

(+994 50) 222-82-80

nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

0