Ermənistan yenidən müharibə edəcək gücdədir? - Ekspert rəyi

HƏRBİ
13:19 / 04.03.2024
374

Son günlər sosial şəbəkələrdə ermənilərin sərhədlərə yenidən qüvvə toplaması və qisas əməliyyatlarına hazırlaşması barədə xəbərlər geniş yayılır.

Almaniya və Fransanın da bölgədə vəziyyəti gərgin saxlamaq üçün verdiyi bəyanatlar, Hindistandan alınan yeni silahlar həm Ermənistan, Həm Azərbaycan cəmiyyətində yenidən müharibə olacağına dair şübhələr yaradır.

Bəs bu nə qədər realdır?

Hit.az-a açqılama verən siyasi ekspert Mübariz Göyüşlü bildirib ki, Ermənistanın silahlanması barədə deyilənlər həqiqətdir.

“Bu fəaliyyəti təəssüf hissi ilə izləyirəm. Revanşist çağırışlar, sürətlə silahlanma  ümumilikdə Cənubi Qafqaz, xüsusən Azərbaycan üçün təhlükəli məqamlar ehtimalını artırır. Daha çox  təhlükə isə erməni xalqı üçün, Ermənistan dövləti üçün var. Bundan öncə də Ermənistan Rusiyadan, İrandan milyardlarla dollar müqabilində böyük silahlar almışdı. Bu silahlar ordumuz tərəfindən məhv edildi, bir qismi tərəfimizdən qənimət kimi ələ keçirildi. Yenidən gərginlik yaradılarsa, müzəffər Azərbaycan ordusu Ermənistanı daha sərt şəkildə cəzalandıracaq. Bu bilinməlidir. Nə Fransadan, nə Hindistandan alınan silahlar onu xilas etməyəcək. Ermənistan revanşist duyğularla hərəkət etməkdənsə, silahlanmaya ayırdığı vəsaiti xalqının rifahına, Zəngəzur dəhlizindən keçəcək yolların qurulmasına xərcləsə, həm özünə, həm bölgəyə fayda vermiş olar. İnteqrasiya prosesi sürətlənər. Konkret olaraq , sualın cavabına gəlincə, Ermənistanın bu dəqiqə müharibəyə  hazır olmasına inanmıram. Bu onun tamamilə məhv olmasına, dövlət kimi çöküşünə səbəb olar. Bunu yəqin Ermənistan rəhbərliyi də nəzərə alır”,- deyə o vurğulayıb.

Murad

0